Qax rayonunun dağlıq ərazilərinə qısamüddətli qar yağıb

16:47 | 27 Oktyabr, 2021

Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu və Sarıbaş kəndlərində qışın gəlişi getdikcə özünü hiss etdirir. Havanın temperaturu xeyli aşağı düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 26-da günorta saatlarında İlisu kəndinə yağan yağış qısamüddətli qara çevrilib. Evlərin damına az miqdarda qar düşüb. Hazırda qar yağıntısı kəsilib.

Facebookda şərh edin