Qaxda minik avtomobili yanıb

21:09 | 28 Oktyabr, 2021

Qax rayonunun Əlibəyli kəndində axşam saatlarında 1986-cı il təvəllüdlü Suxaşvili Mamia Nodarovicə məxsus “VAZ 2106” markalı minik avtomobilində yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə FHN-in Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Facebookda şərh edin