Qaxda qəza baş verib, avtomobillər meşəlik əraziyə aşıb – FOTO

20:30 | 7 Noyabr, 2021

Qax rayonunda yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan “BMW-X5” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yol kənarında olan meşəlik əraziyə aşıb. Zərbənin gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yol polis əməkdaşları cəlb olunub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin