Qaxda polis əməkdaşları narkomaniyanın fəsadları barədə məktəbliləri məlumatlandırıblar

02:14 | 16 Noyabr, 2021

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qum kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktəblilərlə keçirilən görüşdə çıxış edən rayon polis şöbəsinin rəis müavini, polis mayoru Eldəniz Mustafayev narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlardan, insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışıb. Rəis müavini narkotik vasitə istifadəçilərinin qarşılaşdıqları problemlərdən söz açıb, daxili işlər orqanlarının əməkdaşları tərəfindən bu bəlanı yayanlara qarşı qanunla müəyyən edilmiş çərçivədə qətiyyətli mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib. “Ağ ölüm”ə qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayan E.Mustafayev sağlam həyat tərzinin üstünlüklərini hərtərəfli olaraq şagirdlərin diqqətinə çatdırıb.

Sonda məktəblilərin sualları cavablandırılıb.

Facebookda şərh edin