Qaxda başqasının “Topaz” hesabından oğurluq edən şəxs saxlanılıb

15:32 | 16 Noyabr, 2021

Qax Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş onun “etopaz.az” hesabında olan 2 850 manat pulun naməlum şəxs tərəfindən istifadə edildiyi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, daxil olan müraciət əsasında keçirilən əməliyyat zamanı həmin şəxsin Qax şəhər sakini Fərhad Omarov olduğu müəyyən edilib və o, saxlanılıb.

F.Omarov ifadəsində əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin