YAP Qax rayon təşkilatının üzvləri ağacəkmə aksiyasına qoşulublar

18:58 | 21 Noyabr, 2021

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümü münasibətilə partiyanın Qax rayon təşkilatı tərəfindən silsilə tədbirlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təşkilat tərəfindən noyabrın 20-də keçirilən ağacəkmə aksiyası zamanı Qax şəhərinin Üzeyir Hacıbəyli küçəsində 200 ədəd müxtəlif növ ağac tingi əkilib. Yeni əkilən tinglərə aqrotexniki qaydada qulluq olunub.

Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilən aksiyada partiya fəalları, könüllülər, gənclər iştirak ediblər.

Facebookda şərh edin