Şəhid Seymur Məmmədlinin döyüş yolu barədə Türkiyə televiziyasında danışılıb – VİDEO

19:04 | 21 Noyabr, 2021

Şəhid Seymur Məmmədli 19 oktyabr 1996-cı ildə Qax rayonu Ağçay kəndində dünyaya göz açıb.

11 Oktyabr 2020-ci il tarixində yaralı döyüş yoldaşlarını ərazidən çıxaran zaman Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şəhid Seymur Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Füzuli azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

#Şəhid #SeymurMəmmədli #Qax #Ağçay #Qarabağ #QaxŞəhidləri #Şəhidlər #Füzuli #Xocavənd

Facebookda şərh edin