Qax rayonu kəndlərinin illərdir bitməyən qaz həsrəti… icra başçısı Musa Şəkiliyev müraciətləri diqqətə almır

04:17 | 25 Noyabr, 2021

Qax rayonu ümumrespublika üzrə ən aşağı qazlaşdırma göstəricisinə malikdir. İllərdir rayonda bir sıra kəndlər təbii yanacağa həsrət qalıblar. Artıq qış fəslinin gəlməsini nəzərə alsaq, soyuq havalarda kənd əhalisinin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək çətin deyil.

Ötən gün Qax rayonu Qum kəndinin sakinləri sözügedən məsələ ilə bağlı bir videoçarx hazırlayıblar. Qax.org.az saytı olaraq, bu problemi işıqlandırmağı özümüzə borc bildik.

Facebookda şərh edin