Deputat Azər Kərimli Milli Məclisin iclasında Qax rayonunun qazlaşdırma problemi barədə danışıb – VİDEO

03:14 | 26 Noyabr, 2021

Qax rayonu ümumrespublika üzrə ən aşağı qazlaşdırma göstəricisinə malikdir. İllərdir rayonda bir sıra kəndlər təbii yanacağa həsrət qalıblar. Artıq qış fəslinin gəlməsini nəzərə alsaq, soyuq havalarda kənd əhalisinin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək çətin deyil.

Deputat Azər Kərimli ötən gün Milli Məclisin iclasında Qax rayonunda qazlaşdırma səviyyəsinin aşağı olması və bir sıra kəndələrdə mavi yanacağın olmaması problemini qaldırıb.

Qeyd edək ki, 2000-ci ildən Qax rayonundan deputat olan Azər Kərimli ilk dəfədir ki, Milli Məclisin iclasında Qax rayonunun problemi barədə danışır.

Facebookda şərh edin