Qaxda qəzaya uğrayan avtomobil kanala aşıb, xəsarət alanlar var – FOTO

20:15 | 6 Dekabr, 2021

Qax rayonunda yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qaxdan Şəki istiqamətində hərəkətdə olan “Toyota” və “VAZ-21074” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Toyota” yoldan çıxaraq kanala aşıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin