Qaxda ev yanıb

13:34 | 9 Dekabr, 2021

Qax rayonunun Oncallı kəndində ümumi sahəsi 140 m² olan (hər mərtəbəsi 70 m²) ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebookda şərh edin