Müharibənin son günündə Şəhid olan Əfəndi Səfərovun ailəsi danışır – VİDEO

18:14 | 9 Dekabr, 2021

Bugün vətən torpağının azad edilməsini məhz onlara borcluyuq. Qanı ilə tarixə silinməz izlər qoyan şəhid qəhrəmanlarımıza. Bu yurdun yetişdirdiyi qəhrəman oğullar cismən aramızda olmasa da, onlar həmişə millətimizin qəlbində yaşayır. Həmin qəhrəmanlardan biri də Şəhid Əfəndi Səfərovdur.

Vətənin dar günündə igid oğullar kimi o da əlinə silah alıb ön cəbhəyə yollandı.

Səfərov Əfəndi Cahangir oğlu 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anada olub. 2014-cü ildə Qax rayon Hərbi Kamisarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ Müharibəsi başlayanda hər kəs kimi Əfəndi də əlinə silah götürərək Vətənin müdafiəsinə qalxır. O, cəbhədə igidliklə vuruşub. Döyüş yoldaşları onun düşmənə qarşı necə amansız və çox cəsur olduğundan danışardılar.

Əfəndi Şuşa şəhəri uğrunda gedən döyüşlərdə 9 noyabr tarixində düşmən tərəfindən atılan minaatan mərminin patlaması ilə qəhrəmancasına şəhid olur.

Əfəndi Səfərov müharibədə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

#Şəhid #ƏfəndiSəfərov #Şuşa #Qax #QaxŞəhidləri #Qaxbaş #Qax #qaxlılar #Şəhidlər #Qarabağ #Azərbaycan #Türkiyə

Facebookda şərh edin