Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qax Dövlət Kukla Teatrının baş rəssamı ilə görüşüb – FOTO

16:39 | 15 Dekabr, 2021

Ötən gün Qax Dövlət Kukla Teatrının baş rəssamı Mayis Abdullayev və həyat yoldaşı, həmin teatrın əməkdaşı Tünzalə Abdullayeva Milli Məclisdə olub, Parlamentin Mədəniyyət Komitəsinin rəhbəri, deputat Qənirə Paşayeva ilə görüşüblər.

Görüş əsnasında bölgə teatrı olan Qax Dövlət Kukla Teatrının fəaliyyətindən, teatrın keçmişindən, yaranma tarixindən bu günə qədər keçdiyi sənət yolundan, qazanılan uğurlardan və gələcək planlarından danışılıb.

Millət vəkili Qənirə Paşayeva öz növbəsində teatrlara diqqət və qayğının dövlət səviyyəsində olduğunu diqqətə çatdırıb.

Facebookda şərh edin