Qaxli fermerlər 560,8 ton quru tütün istehsal ediblər

21:41 | 15 Dekabr, 2021

Qax rayonunun təsərrüfatlarında tütün yığımı əsasən başa çatıb. Cari mövsümdə emal məntəqələrində, həmçinin fərdi təsərrüfatlarda 560,8 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Bildirilib ki, bu il qaxlı fermerlər 477 hektar sahədə tütün yetişdiriblər. Sahələrin 465 hektarına “Virciniya botaniki” növlü, 12 hektarına isə yerli tütün sortları əkilib. Sahələrdən dərilən yaş tütün “Azərtütün ASK” MMC və “Zaqatala AGRO İndustry” MMC-yə məxsus emal məntəqələrində, həmçinin fermerlərin özlərinin fərdi təsərrüfatlarında qurudulub. Ümumiyyətlə, mövsüm ərzində “Azərtütün ASK” MMC-nin emal məntəqəsində 66,9 ton, “Zaqatala AGRO İndustry” MMC-yə məxsus emal məntəqəsində 348 ton, fərdi təsərrüfatlarda isə 146 tonadək quru tütün istehsal olunub.

Facebookda şərh edin