Qaxda yol polisi əməkdaşları şagirdləri maarifləndirib

20:49 | 21 Dekabr, 2021

Qax şəhər 4 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə polis əməkdaşları məktəblilərə piyadanın vəzifələri, yol nişanları və nizam-intizam qaydaları barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi, eləcə də tədris prosesinin effektivliyinin yüksəldilməsinə yol polisinin köməyinin artırılmasıdır.

Sonda şagirdlərə yol nişanları barədə məlumatı özündə əks etdirən kitabçalar paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Facebookda şərh edin