Qax sakinləri Vüqar Osmanov və Coşqun Məmmədovdan odlu silahlar götürülüb

20:50 | 22 Dekabr, 2021

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Coşqun Məmmədov və Vüqar Osmanovun hər birindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri götürülüb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Onların barələrində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Facebookda şərh edin