Qaxda 54 yaşlı qadın intihar edib

18:12 | 25 Dekabr, 2021

Qax rayonunda intihar hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri İmam Mustafayev küçəsi ev 102 ünvanında qeydə alınıb.

Belə ki, həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Nigar Hacıbaba qızı Əlicanova özünü yaşadıgı evdə asaraq intihar edib. Məlumata görə, N.Əlicanova son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin