Qaxdan koronavirus xəstəsini aparan təcili tibbi yardım maşını qəzaya düşüb – sürücü və koronavirus xəstəsi xəsarət alıb – FOTO

21:21 | 27 Dekabr, 2021

Qaxdan koronavirus xəstəsini aparan təcili tibbi yardım maşını Şəkidə qəzaya düşüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1988-ci il təvəllüdlü Amiran Bayramaşvilinin idarə etdiyi Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qaxdan Qobustan rayonuna aparılan koronavirus xəstəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin