Qaxda pirotexniki vasitələr satan şəxs saxlanılıb

22:03 | 30 Dekabr, 2021

Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini Bəkir Əmişov saxlanılıb. Onun fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Facebookda şərh edin