Qax Rayon Polis Şöbəsinin rəisi şəhid ailələri və aztəminatlı soydaşlarımızı ziyarət edib – FOTO

20:09 | 31 Dekabr, 2021


Qax Rayon Polis Şöbəsinin əməkdaşları Yeni il bayramı və Həmrəylik Günü münasibətilə torpaqlarımızın azaldığı uğrunda canından keçən şəhidlərimizin ailələrini və aztəminatlı soydaşlarımızı ziyarət ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şüacətindən danışılıb,onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub. Şəhidlərimizin bizlərə əmanət qalan övladlarını təbrik edən asayiş keşikçiləri gətirdikləri bayram hədiyyələri ilə onları sevindiriblər.
Aztəminatlı soydaşlarımızla da görüşən polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Ümumilikdə rayon ərazisində yaşayan 60 ailə ziyarət olunub, onlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

Facebookda şərh edin