Qaxda tullantı sularını təmizləmək üçün yeni qurğunun inşasına başlanılıb – FOTO

22:42 | 7 Yanvar, 2022

“Azərsu” ASC Qax şəhərində tullantı sularının optimal idarə edilməsi məqsədilə yeni sutəmizləyici qurğu tikilir.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumatda deyilir ki, məhsuldarlığı sutkada 2 000 kubmetr olacaq yeni qurğunun mexaniki hissəsində dəmir-beton işləri başa çatdırılıb, bioloji hissədə tikinti işləri davam etdirilir. Qurğu istismara verildikdən sonra Qax şəhərində yaranan tullantı suları burada tam zərərsizləşdirilərək kənarlaşdırılacaq.

Dövlət büdcəsi vəsiati hesabına Qax şəhərində, rayonun Qaxinqloy və Qaxbaş kəndlərində içməli və tullantı su infrastrukturlarının yaradılması işləri yekunlaşıb. Layihə çərçivəsində 119 km içməli su və 81 km tullantı su şəbəkələri inşa edilib, 28 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılıb.

Ümumilikdə indiyə qədər 54 şəhər və rayon mərkəzinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılıb. 32-də su və kanalizasiya, 12-də su şəbəkələrinin tikintisi yekunlaşıb. Eyni zamanda 22 şəhərdə yeni tullantı sutəmizləyici qurğu tikilərək istismara verilib, 7 şəhərdə qurğuların tikintisi davam etdirilir.

Facebookda şərh edin