Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi könüllülük fəaliyyəti ilə bağlı tədbirlərə geniş yer ayırır

14:02 | 27 Yanvar, 2022

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin gənc könüllüləri “Həmrəy könüllü” layihəsi çərçivəsində rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri ilə görüşüblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nümayəndəliyin rəhbəri Elmir Həşimli məlumat verib.

Bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd mərkəzin könüllülərini digər təşkilatların könüllüləri, onların könüllülük fəaliyyəti ilə yaxından tanış etməkdir.

Səfər zamanı nümayəndəliyin könüllüləri Qax Dövlət Aqrar İnkişaf Mərkəzi ilə tanış olub, aqrar inkişaf könüllüləri ilə görüşüb, onların fəaliyyəti ilə maraqlanıb, birgə həyata keçirilə biləcək işlər, layihələr barədə danışıblar.

Layihə çərçivəsində rayonda fəaliyyət göstərən digər təşkilatların könüllüləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.

Facebookda şərh edin