Qum kənd bələdiyyəsi çoxillik ağacları kəsib satır – Fərid Həşimov icra başçısının göstərişini yerinə yetirir

17:13 | 28 Yanvar, 2022

Qax rayonunda ağacların kəsilməsi haqqında xəbərlər gəlməkdədir. Bizə müraciət edən Qum kəndi sakininin bildirdiyinə görə, kənd bələdiyyəsi kənd mərkəzində 60-70 illik bir-neçə ağacı kəsib. Kəsilmiş ağacların satış məqsədi ilə xüsusi ölçülərdə doğrandığı qeyd edilir.

Qum kənd bələdiyyəsinin sədri Fərid Həşimov kənddəki ağacları rayonun icra başçısı Musa Şəkiliyevin təlimatıyla kəsdiyini bildirib.

Facebookda şərh edin