Qax Rayon Statistika İdarəsi: “Ötən il Qaxda 106 yeni iş yeri yaradılıb”

01:06 | 29 Yanvar, 2022

2021-ci ildə Qax rayonunda 106 yeni, daimi iş yeri açılıb. İş yerlərinin 55-i mövcud müəssisə və təşkilatlarda, 27-si yeni yaradılmış, 24-ü isə fəaliyyətini bərpa etmiş müəssisələrdə yaradılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yeni iş yerlərinin 45-i kənd təsərrüfatı, 23-ü sənaye, 18-i tikinti, 11-i ticarət, qalanı isə digər sahələrin payına düşür.

Facebookda şərh edin