Qax gəncləri intellektual yarışda biliklərini sınayıblar

15:25 | 2 Fevral, 2022

2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə elan olunan “Gənclər həftəsi” çərçivəsində Qax rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qax nümayəndəliyinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları təmsil edən 8 komanda mübarizə aparıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə nümayəndəliyin direktoru Elmir Həşimli məlumat verib.

Qax rayon Heydər Əliyev Mərkəzində təşkil edilən intellektual oyun rayon Mərkəzi Xəstəxanasını təmsil edən komandanın qələbəsi ilə başa çatıb. Rayon Mədəniyyət Mərkəzinin və Təhsil Şöbəsinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Yarışın qalibləri mükafatlandırılıblar.

Facebookda şərh edin