Qaxda Gənclər Günü qeyd olunub – FOTO

21:13 | 2 Fevral, 2022

Qax rayonunda 2 Fevral – Gənclər Günü qeyd olunub.

​”Report”un Şimal-qərb bürosunun məlumatına görə, Gənclər Günü münasibətilə Qax rayonunda silsilə tədbirlər keçirilib.

İlk öncə rayon gəncləri, Vətən müharibəsinin iştirakçıları və qazilər Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə çıxış edənlər gəncləri bayram münasibətilə təbrik ediblər. Bildirilib ki,​ əsası ulu öndər​ Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə uğurla həyata keçirilir, bu qayğı sayəsində ictimai-siyasi həyatın bütün sahələrində gənclərin rolu artıb.​ O da qeyd olunub ki, qaxlı gənclər bundan sonra da doğma rayonun inkişafında, daha da gözəlləşməsində yüksək siyasi fəallıqla iştirak edəcəklər. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncləri öz bayramlarını həmişəkindən daha alnıaçıq, qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirlər. Çünki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad ediblər.

Tədbirin sonunda bir qrup fəal gəncə fəxri fərman və hədiyyələr təqdim olunub.

Facebookda şərh edin