Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb

21:56 | 4 Fevral, 2022

Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Qaxbaş kənd sakini, 1965-ci il təvəllüdlü Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında kənd ərazisindəki su kanalından tapılıb.

Faktla bağlı rayon prokuroluğunda araşdırma aparılır.

Qeyd edək ki, A.Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmamışdı.

Facebookda şərh edin