Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrləri partiya aktivinə təqdim olunub – FOTO

22:01 | 4 Fevral, 2022


Fevralın 3-4-də Yeni Azərbaycan Partiyasının altmış dörd rayon və şəhər təşkilatının sədrləri onlayn formatda ərazi partiya təşkilatlarının sədrlərinə və yerli təşkilatların partiya aktivinə təqdim olunub.
Qeyd edilib ki, ölkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə bir çox uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri əsasında hazırlanaraq qəbul olunmuş Nizamnamə müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Qurultayda qəbul olunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir.
Vurğulanıb ki, yeni Nizamnamənin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli 1 nömrəli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunub.
Bildirilib ki, qazanılan uğurların bundan sonra da davamlı olması, rayon təşkilatının daha da gücləndirilməsi, inkişaf etdirilməsi yeni təyin olunmuş sədrlərin və ümumilikdə rayon təşkilatının fəallarının diqqət mərkəzində olmalıdır.
Öz növbəsində yerli təşkilatların yeni təyin olunmuş sədrləri çıxış edərək göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürlərini bildirib və bu etimadı layiqincə doğruldacaqlarını vurğulayıblar.
Təqdimatlar zamanı, həmçinin yerli təşkilatların qarşısında dayanan vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.

Facebookda şərh edin