Ötən il Qaxda informasiya və rabitə xidmətlərinin həcmi 6,7 faiz artıb

18:06 | 8 Fevral, 2022

2021-ci ildə Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 145 milyon 373,2 min manat olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, ötən il rayonda 20 milyon 493,9 min manatlıq sənaye, 71 milyon 356,4 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 10,7 faiz artıb.

Rayonda il ərzində 6 milyon 537,3 min manatlıq tikinti işləri görülüb. Nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə məhsul buraxılışının ümumi həcmi isə 46 milyon 985,6 min manat təşkil edib. Nəqliyyat və anbar təsərrüfatı üzrə məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 6,2 faiz, informasiya və rabitə xidmətlərinin həcmi isə 6,7 faiz artıb.

Facebookda şərh edin