Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi maraqlı layihələr təqdim edir

19:44 | 9 Fevral, 2022

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyi yeniyetmə və gəncləri bir-birindən maraqlı layihələrlə sevindirir. Nümayəndəlik tərəfindən bu ilin yanvar ayı ərzində müxtəlif fəaliyyət istiqamətləri üzrə 25 tədbir keçirilib.

Nümayəndəliyin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən ay rayon gənclərinə 17 layihə təqdim olunub. Nümayəndəliyin təqdim etdiyi “Mən Qarabağam!”, “Vətəni tanı”, “Həmrəy könüllü”, “Gənc tədqiqatçılar”, “Start İT” və digər layihələr yeniyetmə və gənclər tərəfindən böyük maraqla qarşılanıb. Bundan əlavə, yanvarda nümayəndəlikdə klubun fəaliyyəti ilə bağlı altı tədbir keçirilib, iki təlim təşkil olunub. Nümayəndəliyin üzvləri və könüllülər “Şəxsi inkişaf günləri” təlimlərində həvəslə iştirak ediblər.

Elmir Həşimli bildirib ki, ötən ay keçirilən tədbirlərə, ümumilikdə, 288 gənc cəlb olunub. Nümayəndəliyin könüllüləri sırasına daha 7 gənc qoşulub.

Facebookda şərh edin