Qax Xalq Teatrının aktyoru Türkiyənin məşhur dizisindən dəvət aldı

20:26 | 20 Dekabr, 2018

Bu günlərdə Türkiyədə izlənmə rekordu qıran “Bir Litre Gözyaşı” dizisində azərbaycanlı gənc aktyor da rol alıb. Əslən Qax rayonundan olan və Qax Xalq Teatrının əməkdaşı olan Şəmsəddin Quliyev Türkiyənin Kanal D Televiziyasında yayımlanan “Bir Litre Gözyaşı” dizisində çəkilib.

Türkiyə dizi sənayesinə yenicə qatılan Şəmsəddin Quliyev başlanğıc olaraq, epizodik rollarda çəkilsə də, növbəti çəkilişlərdə əsas rollardan birində özünü sınayacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Şəmsəddin Quliyev Akademik Milli Dram Teatrında çalışıb. Hazırda Qax Xalq Teatrında çalışan istedadlı aktyor sonuncu dəfə Bozbaş Pictures filmindəki rolu ilə sosial şəbəkələrdə populyarlıq qazanmışdı.