Qax rayonu Lələpaşa kənd məktəbində tibbi mühafizə mövzusunda görüş keçirilib

13:00 | 25 Dekabr, 2018

Qax rayonu Lələpaşa kənd ümumi orta məktəbində məktəbin pedaqoji kollektivi və şagirdlərin Tasmalı kənd sahə xəstəxanasının baş həkimi Sevil İsgəndərova ilə görüşü keçirilib. Görüş zamanı talasemiya, qeyri-infeksion xəstəliklər, şəkərli diabet haqqında məlumatlar verilib, şagirdləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.