Qaxlı şagirdlər Bilik Fondunun keçirdiyi olimpiadada qalib olublar

18:55 | 7 Yanvar, 2019

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Odlar Yurdu Universiteti, Hədəf Stem Liseyinin təşkilatçılığı ilə IX Fənlərin Dostluğu Olimpiadasının üçüncü mərhələsi keçirilib. İki minə yaxın şagirdin qatıldığl olimpiadada Qax şəhər 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Lalə Həşimli və şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Səbinə Məmmədli V yerə layiq görülüb. Hər iki şagirdimizi təbrik edir, onlara uğurlar arzu edirik.

Facebookda şərh edin