DİQQƏT! Qax rayonunda “donuz qripi”nə qarşı tədbirlər görülür

17:42 | 10 Yanvar, 2019

Qaxda baytarlıq idarəsi donuzlar arasında profilaktik tədbirlərə başlayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayon ərazisində min başdan çox donuz qarayara xəstəliyinə qarşı peyvənd olunub və donuzların saxlandığı ərazilər dezinfeksiya edilib.

Qax rayonu Gürcüstan Respublikası ilə sərhəddə yerləşdiyindən və rayonda fərdi donuz təsərrüfatları olduğundan, rayon Dövlət Baytarlıq İdarəsi gücləndirilimiş iş rejiminə keçib.

İdarə rəisi Şövkət Babayev “Report”a bildirib k, rayonda 2 min başdan çox donuz bəslənir: “Donuzlara əsasən milliyyətcə gürcü olan, Qax rayon sakinləri baxır. İdarə tərəfindən dezinfeksiya və mexaniki təmizlənmə işləri ilə yanaşı, donuz saxlayan fermerlər arasında maarifləndirmə işləri gücləndirilib. Əsas tapşırıq isə donuzları qapalı şəraitdə saxlamaqdır”.

“Report”un bölgə müxbirinin məlumatına görə, Qax rayonunun bazarında donuz ətinin satışına rast gəlmək mümkündür. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ətin satışına nəzarət edir. Satışa çıxarılan donuz ətindən nümunə götürülür və laboratoriyaya göndərilir. Ət satışa yararlıdırsa satışına icazə verilir.

Facebookda şərh edin