Qaxda keçirilən qızlardan ibarət futbol oyunu gərgin keçdi: UGİM (Qax) – Gömrükçü FK (Bakı) – Fotoreportaj

20:01 | 13 Yanvar, 2019

2018/2019-cu il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 16 yaşadək (U-16) qız futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının I Dövrəsi çərçivəsində UGİM (Qax) – Gömrükçü FK (Bakı) komandalarının görüşü keçirilib.

Qax Olimpiya İdman Kompleksində keçirilən görüşdə Respublikanın Əməkdar Məşqçisi Dilarə Əhmədovanın rəhbərlik etdiyi Qaxlı qızlardan ibarət futbol komandası gərgin keçən görüşdə Bakılı qızlarla heç-heçə oynayıblar: UGİM (Qax) 1:1 Gömrükçü FK (Bakı).

Qeyd edək ki, yarışlarda 14 komanda iştirak edir. UGİM (Qax) komandası 21 xalla cədvəldə 5-ci yerdədir.

Facebookda şərh edin