Qax şəhər UGİŞM-nin baş təlimatçısına Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi İşçisi adı verilib

17:27 | 23 Yanvar, 2019

Qax şəhər UGİŞM-nin baş təlimatçısı Zərnigar Abdullayeva Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi İşçisi adı ilə təltif edilib. Bu barədə Qaxlı idmançı, Respublikanın Əməkdar Məşqçisi Dilarə Əhmədova özünün facebook səhifəsində paylaşım edib.
Qeyd edək ki, Zərnigar Abdullayeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib, Atletika üzrə Azərbaycan yığma komandasının üzvüdür, Azərbaycan Çempionudur, uzun illər ərzində Qax Şahmat İdman Məktəbinin dərs hissə müdiri və məşqçi vəzifələrində çalışıb.

Facebookda şərh edin