Qaxlı aktyor Şəmsəddin Quliyev  ulduzlarla bir arada – “Taksi Liza” filminin premyerası oldu

02:04 | 24 Yanvar, 2019

Ötən gün “Taksi Liza” adlı kinokomediya “Cinema Plus” kinoteatrlar şəbəkəsinin birində təqdim edilib.

Ekran işində baş rolları aktyorlar Fərda Amin, Xəyalə Quliyeva, Zemfira Əbdülsəmədova,Cəfər Namiq Kamal, Şəmsəddin Quliyev və digərləri oynayıb.

Film sevgilisi ilə evlənməyə çalışan və qızın atasını( Cəfər Namiq Kamal) heç cür razı sala bilməyən Dursun (Fərda) adlı taksi sürücüsünün həyatından bəhs edir. Filmi ərsəyə gətirən isə rejissor Rövşən Ağayevdir.

Filmdə bəy rolunu oynayan aktyor Şəmsəddin Quliyev əslən Qax rayonundandır. Gənc olmasına baxmayaraq, artıq kino sənayesində ulduzlarla birlikdə çalışan gənc aktyor bundan əvvəl Türkiyənin Kanal D Televiziyasında yayımlanan “Bir Litre Gözyaşı” dizisində çəkilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Şəmsəddin Quliyev Akademik Milli Dram Teatrında çalışıb. Hazırda Qax Xalq Teatrında çalışan istedadlı aktyor sonuncu dəfə Bozbaş Pictures filmindəki rolu ilə sosial şəbəkələrdə populyarlıq qazanmışdı.

Facebookda şərh edin