Qax rayonu Əmircan kənd məktəbində şəhid Ayaz Musayevin anım günü qeyd olunub

14:50 | 24 Yanvar, 2019

Qax rayonu Əmircan kənd ümumi orta məktəbində şəhid Ayaz Musayevin anım günü qeyd olunub. Məktəbin məzunu olmuş Ayaz Musayev haqqında xatirlər danışılıb, səhnəciklər və şeirlər təqdim olunub. Şəhidin xatirəsinə həsr olunmuş film nümayiş olunub. Şəhidin ailəsi tədbirdə iştirak edib.