Azərbaycana gələn turistlərin yalnız 0,9 faizi Qaxdakı hotellərdə qalıblar – turizm bölgəsi üçün mənfi göstərici

18:51 | 25 Yanvar, 2019

2018-ci ildə Azərbaycana gələn turistlərin yalnız 0,9 faizi Qaxdakı hotellərdə qalıblar ki, bu da bir turizm bölgəsi üçün çox mənfi göstərici sayıla bilər.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gecələmələrin 59,1%-i Bakıda, 10,4%-i Qəbələdə, 5,4%-i Xaçmazda, 4,1%-i Naftalanda, 3,8%-i Qubada, 3,6%-i Qusarda, 2,9%-i Naxçıvan Muxtar Respublikasında, hər birində 0,9% olmaqla Qax və Gəncədə, 0,8%-i Lənkəranda, 8,1%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 74,2%-i Bakı şəhərində, 10%-i Qəbələdə, 3,7%-i Naftalan şəhərində, 3,2%-i Qusarda, 3,1%-i Naxçıvan Muxtar Respublikasında, 3%-i Qubada, 2,8%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2017-ci illə müqayisədə 7,5% artaraq 952,9 minə çatıb.

Facebookda şərh edin