Qaxlı qızlardan ibarət futbol komandası Balakənin “Lokomotiv” komandasını 5:0 hesabı ilə məğlub edib

01:45 | 27 Yanvar, 2019

2018/2019-cu il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 13 yaşadək (U-13) qız futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının II Dövrəsi çərçivəsində Lokomotiv (Balakən) – UGİM (Qax) komandalarının görüşü keçirilib.

Zaqatalada keçirilən görüşdə Respublikanın Əməkdar Məşqçisi Dilarə Əhmədovanın rəhbərlik etdiyi Qaxlı qızlardan ibarət futbol komandası Balakınli qızları 5:0 hesabı ilə məğlub ediblər: Lokomotiv (Balakən) 0:5 UGİM (Qax)

Qeyd edək ki, yarışlarda 14 komanda iştirak edir. UGİM (Qax) komandası 24 xalla cədvəldə 3-cü yerdədir.

Facebookda şərh edin