Ötən gün dünyasını dəyişən 30 yaşlı Qax sakini Türkan Orucovanın son fotoları

13:25 | 28 Yanvar, 2019

Ötən gün dünyasını dəyişən 30 yaşlı Qax rayonu sakini Türkün Orucovanı sevənlər, onun yaxınları və bütün Qax rayon ictimaiyyəti bu xəbərdən sarsıldıqlarını ifadə edir, sosial şəbəkələrdə ona rəhmət diləyirlər. Qax.org.az saytı mərhum Türkün Orucovanın yaxınlarına səbr diləyir və mərhumun son fotolarını təqdim edirik. Allah rəhmət eləsin!

Qeyd edək ki, Yanvarın 6-da şəhərin Axundov küçəsi ev 30 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Türkən Sədi qız Orucova evin ikinci mərtəbəsinin pəncərəsindən çöldə asılan qurudulmuş əti götürmək istəyərkən yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Lakin göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.