Qax rayon İcra Hakimiyyəti: “İstehlakçıların fasiləsiz elektrik enerjisi ilə təchizatı diqqət mərkəzindədir”

02:04 | 29 Yanvar, 2019

İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə 2018-ci ildə Qax Elektrik Şəbəkəsi tərəfindən zəruri tədbirlər davam etdirilib. Belə ki, Qaxbaş, Ağçay, İlisu və Sarıbaş kəndlərinin, həmçinin həmin ərazilərdə yerləşən istirahət mərkəzlərinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq üçün ötən il Qaxbaş kəndində 35/10 kilovoltluq “İlisu” yarımstansiyası quraşdırılıb istismara verilib. Bundan əlavə, rayon ərazisində 45 ədəd transformator yarımstansiyası cari təmir olunub, 10 ədəd yeni ayırıcı quraşdırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.

Şəbəkə tərəfindən ötən il 10 kilovoltluq elektrik veriliş xətlərində 124 ədəd, 0,4 kilovoltluq xətlərdə isə 223 ədəd dayaq yenisi ilə əvəz edilib. Eyni zamanda, 44,2 kilometr uzunluğunda 10 kilovoltluq və 50,8 kilometr uzunluğunda 0,4 kilovoltluq elektrik hava xətləri əsaslı və cari təmir olunub. Keçən il istehlakçılara 3161 ədəd sayğac quraşdırılıb, 3980 metr uzunluğunda SİP kabel xətti çəkilib. Bundan əlavə, Əlibəyli kəndində elektrik şəbəkəsinin yenidən qurulması işləri çərçivəsində 10 kilovoltluq xətlərdə 14 ədəd, 0,4 kilovoltluq xətlərdə isə 408 ədəd yeni metal dayaq basdırılıb.

Facebookda şərh edin