Givi ləqəbli Qaxlı şair Giya Paçxataşvilinin doğum günüdür: Tanıyaq

17:15 | 29 Yanvar, 2019

Giya Paçxataşvili (tam adı Giya Alvazoviç Paçxataşvili, təxəllüsü: Givi ) — şair, tərcüməçi
Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunda anadan olub. Bakı şəhərindəki gözdən əlillər təmayülündə oxumuşdur. Orta məktəbi həmin internatda bitirən Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi Heydər Əliyevin sərancamı ilə seçilmiş qrupun daxilində 1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb. 1985-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb.
Giya Paçxataşvili 1999-cu ildən Rusiya Yazıçılar Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. 2007-ci ildən isə Gürcüstan Yazıçılar Birliyinin üzvüdür.
2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən “Ağ adam” (“Fosvor adam”) sənədli filmi çəkilmişdir.
.Azərbaycan Jurnalistlər Birliyinin “H.B.Zərdabi” mükafatı ilə təltif olunub. Səməd Vurğunun “Qolos” adlı kitabının tərcüməsinə görə 2006-cı ildə “Səməd Vurğun medalı” ilə təltif olunmuşdur. Giya Paçxataşvili bir çox kitab və tərcümələrin, şeir və publisistik məqalələrin müəllifidir. Azərbaycan ədəbi ictimaiyyətində həmişə fəallığı ilə seçilir.21 tərcümə kitabın, 5 kitabın müəllifidir.

Paylaşdı: Mahir Əfəndi