Qaxda yol qəzası baş verib, sürücü Qax Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib

00:01 | 30 Yanvar, 2019

Qax rayonunda yol qəzası baş verib. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayon mərkəzində baş verib.

Belə ki, Qax şəhər sakini, 1999-cu il təvəllüdlü Xəzər Füzuli oğlu Əliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən yola at çıxıb. Nəticədə X.Əliyev idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Əliyev Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.