Respublikanın Əməkdar Məşqçisi: “Qaxda idman zalını çayxanaya çeviriblər”

19:51 | 31 Yanvar, 2019

2 Fevral Gənclər Günü yaxınlaşdıqca ölkədə idman və gənclər siyasətinə dair məsələlər bir daha gündəmə gəlir. Qaxda qadın futbolunun yaradıcısı, Respublikanın Əməkdar Mışqçisi Dilarə xanım Əhmədova ötən gün özünün Facebook sosial şəbəkəsində Qaxda idmançılara göstərilən münasibət barədə tənqidi fikirlər paylaşıb. Rayonda qadın futboluna heç bir diqqət və qayğının olmadığını bildirən Dilarə Əhmədova Qaxın qadınlardan ibarət futbol komandasını evində saxladığını, onlara öz şəxsi büdcəsindən yardımlar etdiyini və bununla bağlı çoxsaylı müraciətlərə baxmayaraq, rayonun müvafiq qurumlarının heç bir müsbət reaksiya vermədiyini deyib: “Mən dəfələrlə Qax rayon Gənclər və İdman İdarəsinə müraciətlər etmişəm, lakin heç bir köməklik edilməyib. Bizim komandanın qızlarına diqqət göstərilmir. Hətta Tasmalı kəndindəki idman zalını icarəyə götürmək istədim ki, idmançı qızlarımız rahat məşq edə bilsinlər. Vermədilər. Amma sonradan həmin idmanı zalını çayxanaya çevirdilər. Vədlər verdilər, amma 13 ildir ki, bir nəticə yoxdur. İnanıram ki, idmana hər zaman qayğı göstərən ölkə başçısmız Cənab İlham Əliyev Qax rayonunda idmanın vəziyyəti ilə bağlı müvafiq göstəriş verəcək. Bütün ümidimiz Ali Baş Komandamızadır!”

Facebookda şərh edin