Qax rayonunda fəaliyyət göstərən orta məktəblərin diqqətinə…

14:11 | 5 Fevral, 2019

Qax rayonunda fəaliyyət göstərən 53 orta təhsil müəssisələri arasında onlayn sorğuya start verdikdən sonra Qax.org.az saytına çoxsaylı müraciətlər daxil olmaqdadır. Müxtəlif orta məktəblərdən daxil olan müraciətlərdə, həmin məktəblərin fəaliyyətlərinin işıqlandırılması istənilir. Bütün müraciətləri nəzərə alaraq, Qax rayonunda fəaliyyət götərən orta məktəblərə dəstək məqsədilə, Qax.org.az saytı məktəblərin gündəlik fəaliyyətini işıqlandıqmağa qərar verib.

Belə ki, Qaxda fəaliyyət göstərən məktəblər öz fəaliyyətləri ilə bağlı bütün növ məlumatları – gündəlik dərs prosesi, iclaslar, tədbir və anım günləri, açıq dərslər, müsahibə və ya açıqlamaları Qax.org.az saytına göndərə bilərlər.

Tam təmənnasız olaraq, bütün xəbərləri saytımızda dərs etməyə hazırıq. Xəbərlərinizi info@qax.org.az elektron poçtuna və ya +99477 477 17 97 telefon nömrəsinə (yalnlz WhatsApp ilə əlaqə mümkündür) göndərə bilərsiniz.

Qax rayonunda fəaliyyət göstərən orta məktəblərə dəstək olmaq bizim həm də borcumuzdur!

Hörmətlə,
Günel Mütəllibova
Qax.org.az saytının baş redaktoru