Qax şəhəri mərkəzindəki bu ağac real təhlükə mənbəyidir – FOTO

19:51 | 5 Fevral, 2019

Ötən gün Qax rayonu sakinlərindən redaksiyamıza müraciət daxil olub. Müraciətdə Qax şəhər sakinləri bildirir ki, şəhər mərkəzində, Bank Respublika ilə üzbəüz parkın kənarında yerləşən iri gövdəli ağacın aşağı nahiyəsi tamamilə çürüyüb və real təhlükə mənbəyidir.

Təqdim olunan şəkillərdən də görünür ki, xırda bir külək əsəcəyi təqdirdə, ağac kökündən çıxıb yola aşa bilər. Ümid edirik ki, arzuolunmaz hadisə yaşanmazdan öncə, Qax rayonunun aidiyyatı qurumları məsələni yoluna qoyacaqlar.

Qax.org.az saytı olaraq, mövzunu diqqətdə saxlayacağıq.