Qax təhsilinin canlı əfsanəsi Şəkər Abdullayeva rayonda qadın futbolunun inkişafına öz dəstəyini ifadə edib

17:36 | 6 Fevral, 2019

Azərbaycanda qadın futbolunun təməlini qoyan ilk qadın, Respublikanın əməkdar məşqçisi Dilarə Əhmədova ötən gün Qax rayonunda Namiq Allahverdiyev adına Şəhər 2 №-li məktəb-liseydə olub. Qaxın aparıcı təhsil müəssisələrindən olan bu məktəbin direktoru Azərbaycan  Respublikasının Əməkdar müəllimi Şəkər Abdullayeva ilə görüşən Dilarə Əhmədova 13 yaşadək qızlar arasında keçirilməsi planlaşdırılan “Qızlar Futzal Kuboku” barədə məlumat verib.

Qaxda qadın futboluna öz dəstəyini ifadə edən Şəkər Abdullayeva rəhbəri olduğu məktəbin idman zalını yarışlar üçün idmançılara təqdim etməyə hazır olduğunu deyib və bundan sonra da Qax rayonunda qadın futbolunun inkişafına bütün dəstəyi göstərəcəyini bildirib.

Qeyd edək ki, 1979-cu ildən bugünə qədər Namiq Allahverdiyev adına Şəhər 2 №-li məktəb-liseyə rəhbərlik edən Şəkər müəlliməni nəinki Qaxda, hətta respublikada da çoxları tanıyır. Bacarıqlı pedaqoq, məktəb direktoru kimi keçdiyi həyat yolu zəngin təcrübə ilə doludur və bu gün “Şəkər müəllimənin məktəbi” ifadəsi həm həqiqi, həm də məcazi mənada işlədilir. Şəkər müəllimədən öyrənilməli çox şey vardır, o, özünəməxsus iş üslubu ilə artıq sözünü demiş pedaqoqlardan biridir.

Facebookda şərh edin