Qax rayonunda “Tut ipəkqudlarının əsas xəstəlikləri” mövzusunda təlim keçirilib

17:02 | 8 Fevral, 2019

30 yanvar 2019-cu il tarixində “Qax rayon İpəkçilik və Damazlıq Stansiyası”nda HETİ-nun əməkdaşı Elnur Əhmədov tərəfindən Aqrar İnkişaf Könüllülərinə “Tut ipəkqudlarının əsas xəstəlikləri” mövzusunda təlim keçirilmişdir. Təlimdə “Qax rayon İpəkçilik və Damazlıq Stansiyası”-nın direktoru Əkrəm Fətəliyev, AMEA-nın Şəki Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini Fərhad Əzizov, ipəkçilik şöbəsinin müdiri Qüdrət Bəkirov və bitki biomüxtəlifliyi və genofondu şöbəsinin müdiri Coşqun Məmmədov iştirak etmişdirlər.