Əhməd Şahidov Qaxın qızlardan ibarət futbol komandasına öz dəstəyini ifadə edib

12:51 | 9 Fevral, 2019

Əslən Qaxdan olan tanınmış hüquq müdafiəçisi, Azərbaycanı ATƏT, AŞPA və digər beynəlxalq təşkilatlarda təmsil edən Əhməd Şahidov bugün Qax rayonunda olub və UGİM (Qax) futbol komandasının təlim məşq prosesində iştirak edib. Bu barədə özünün Facebook səhifəsində paylaşan Əhməd Şahidov Respublikanın Əməkdar Məşqçisi Dilarə Əhmədovanın rəhbərliyi altında mışq edən futbolu qızlara öz dəstəyini ifadə edib: “Bugün səhər Qax rayonunda 13 və 16 yaşlardan ibarət Qax qadın futbol komandalarının məşq prosesində iştirak etdim. Respublikanın Əməkdar Məşqçisi Dilarə xanım Əhmədovanın rəhbərliyi altında məşq edən balaca futbolçuları müşahidə elədim.
Bir daha əmin oldum UGİM (Qax) komandasının ardıcıl qələbələrinin sirri nədir?! Bu yağışlı havada yorulmadan, böyük əzmkarlıqla səhərdən başlayan məşqlər, axşamlar ana kimi bu qızların qayğılarını çəksə də, meydançada sərt məşqçi olan Dilarə Əhmədovanın inadı… Azərbaycan birinciliyinin Qaxa gətiriləcəyi gün uzaqda deyil…”

Facebookda şərh edin